İki maşın toqquşdu - Ölən var

14:23 04.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Bu barədə hafta.az-a Daxili İşlər Nazirliyinin(DİN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, Pirallahı qəsəbəsi ərazisində Bakı şəhər sakinləri N.Qasımovun idarə etdiyi “Mercedes” və Fərman Məmmədovun idarə etdiyi “VAZ-21011” markalı avtomobillər toqquşub.

 

Qəza nəticəsində F.Məmmədov hadisə yerində ölüb, N.Qasımovun 3 sərnişininə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

 

Faktla bağlı Pirallahı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.